Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 11:48

Qızıl Xaç təşkilatı Azərbaycana keçmiş erməni ailəsinə baş çəkib


Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları yanvarın 10-da Azərbaycan ərazisinə keçən erməni ailəsinə baş çəkiblər.

Bu barədə APA agentliyi nümayəndəliyin mətbuat katibi Gülnaz Quliyevaya istinadla xəbər verir.

Nümayəndəliyin əməkdaşları aprelin 16-da erməni ailəsinə baş çəkib, onların saxlanma şəraiti ilə tanış olublar.
monitorinqi aparılıb.

Onlardan qohumlarına çatdırmaq üçün məktub da alınıb.

Qeyd edək ki, Ermənistan vətəndaşı, 1958-ci il təvəllüdlü Yeğişe Gevorkyan həyat yoldaşı və 3 azyaşlı uşağı ilə bilrilkdə yanvarın 10-da maşınla Azərbaycan ərazisinə keçib.

Ermənistan tərəfi Gevorkyanın quldurluq, maşın oğurluğu və digər cinayətlərə görə 8 dəfə məhkum olunduğu deyir.
XS
SM
MD
LG