Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Bakiyev hələ də legitim prezident olduğunu deyir


Hakimiyyətdən uzaqlaşdırılmış Kurmanbek Bakiyev Qırğızıstanın legitim prezidenti olaraq qaldığını bəyan edib.

Bakiyev belə bir bəyanatla Belarusun paytaxtı Minskdə çıxış edib və qeyd edib ki, onu yalnız ölüm saxlaya bilər.

Bakiyev dünya liderlərini aprelin 7-dəki iğtişaşlardan sonra Qırğızıstanda hakimiyyətə gəlmiş müvəqqəti hökuməti tanımamağa çağırıb.

Qırğızıstandakı müvəqqəti hökumətin lideri Roza Otunbayeva isə Belarusun hakim dairələrini Bakiyevə sığınacaq verməkdə ittiham edib və bildirib ki,

Bakiyev törətdiyi cinayətlərə görə ölkədə məhkəmə qarşısında dayanmalıdır.

XS
SM
MD
LG