Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:18

«Kojeni işi»nin izi «RusNano»da


Rusiyanın işgüzar qəzeti «PBK daily»-nin verdiyi xəbərə görə, «RusNano» şirkəti 1 milyard dollar həcmində ilk beynəlxalq investisiya fondunun yaradılmasında çətinliklərlə üzləşib. Problem isə şirkətin törəmə strukturu sayılan «RusNano Capital AG»-yə kadr təyinatı zamanı yaranıb.

Belə ki, strukturun idarə heyətinə imza atmaq hüququ ilə isveçrəli hüquqşünas Hans Bodmer təyin olunub. ABŞ-da isə 2003-cü ildən onun haqqında cinayət işi qaldırılıb. Və buna görə də amerikalı investorlar «RusNano»-nun fonduna vəsait yatırmaqdan çəkinirlər.

Hans Bodmer çirkli pulların yuyulmasında və vəzifəli şəxslərə külli miqdarda rüşvət verməkdə günahlandırılır.

Nyu-York məhkəməsinin məlumatına görə, 2003-cü ildə Bodmer Azərbaycanın vəzifəli adamlarına respublikanın neft sahəsinin özəlləşdirilməsi zamanı milyonlarla rüşvət verməkdə ittiham edilərək Cənubi Koreyada həbs olunub. Müstəntiqlər hesab edirlər ki, o, bu yolla «Oily Rock» şirkətinin ARDNŞ-nin özəlləşdirilməsində iştirak etməsini istəyirmiş.

2004-cü ilin yanvarında Hans Bodmer ABŞ-a ekstradisiya edilməsinə razılıq verir və Birləşmiş Ştatlarda girovla azadlığa çıxır.

Qəzet iddia edir ki, korrupsiya və çirkli pallarla bağlı bütün sənədləri əldə edə bilib.

«RBK daily» qeyd edir ki, Hans Bodmer Azərbaycandakı rüşətlə bağlı işdə formal əsasla (ABŞ-ın rezidenti deyil) bəraət qazanır, lakin çirkli pulların yuyulmasında özünü günahkar sayır. Məhkəmənin qərarı 2010-cu ilin avqustunda veriləcək.

«RusNano»-nun mətbuat xidməti «RBK daily»-yə bildirib ki, Bodmer şirkətin qeydiyyatını həyata keçirmək üçün qısa müddətlik vəzifəyə təyin olunub və işlədiyi müddətdə heç bir mühüm qərar qəbul etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG