Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:12

Azərbaycan ABŞ-ın dövlət siyasətini planlaşdırma mərkəzlərinə təsir edib?


«ABŞ Dövlət Departamentinin Azərbaycandan gedən narazılıqlara reaksiyasını normal qəbul edir, Dağlıq Qarabağ məsələsində onların sona qədər obyektiv olacağına inanırıq. Ümid edirik və düşünürük ki, hər halda Azərbaycandakı bu ictimai təpkilər də ABŞ-ın dövlət siyasətini planlaşdırma mərkəzlərinə müəyyən təsir göstərdi».

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin Azərbaycanın narazılıqlarına münasibətini şərh edərkən deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan ABŞ-la münasibətləri korlamaq istəmir:

«Biz ABŞ-la tərəfdaşlıq münasibətlərimizə xələl gətirmək istəmirik. Amma təəssüflər olsun ki, bəzən şərait buna məcbur edir. Biz ümid edirik ki, ABŞ əvvəllər olduğu kimi, Azərbaycanla bağlı öz sağlam, tərəfdaşlıq mövqelərini yenə də qoruyub saxlayacaq, biz də buna müvafiq olaraq, bu ölkənin maraqları ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirəcəyik».

İki ölkə arasında münasibətlərin son vaxtlar soyuqlaşması barədə məlumatlarla bağlı ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mark Toner də açıqlama verib. O deyib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində heç bir tərəfin mövqeyini dəstəkləmir, ABŞ-la Azərbaycan arasındakı münasibətlərdə isə heç bir soyuqluq yaranmayıb.

MÖVZUNU BURADA ŞƏRH EDİN

Günün bütün mövzuları

XS
SM
MD
LG