Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13

Media təmsilçiləri ölkə prezidentinə müraciət edib


Azərbaycanın bölgələrində fəaliyyət göstərən media təmsilçiləri ölkə prezidentinə müraciət ediblər. Onlar İlham Əliyevdən xahiş edirlər ki, regional KİV-in inkişafı üçün müasir nəşriyyat-poliqrafiya mərkəzlərinin yaradılmasına, müsabiqədənkənar yardım ayrılmasına dəstək versin.

Mingəçevir Media Mərkəzindən AzadlıqRadiosuna verilən məlumata görə, «Regional medianın durumu və perspektiv imkanları» mövzusunda keçirilən konfransda regional medianın problemlərindən danışılıb.

Bölgə mətbuat təmsilçiləri bildiriblər ki, yerli KİV-in özünüyaşatmaq, yerli rəhbərliyin müdaxiləsindən uzaq fəaliyyət göstərmək kimi problemləri var.

Konfrans iştirakçıları təklif eləyiblər ki, yerli icra hakimiyyətlərində mətbuat xidməti yaradılsın, ölkə KİV-nin yerlərdəki nümayəndələrinin əmək haqqı qaldırılsın. Təkliflər sırasında KİV-lərin inkişafına Dövlət Dəstəyi Şurasının media üçün qrant proqramına ayrıca «region mətbuatı» bölümünün salınması da səslənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG