Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:03

Əhmədinejatın fikirləri təkzib edildi


İranın nüvə enerjisi agentliyinin rəsmisi prezident Mahmud Əhmədinejatın fikirlərini təkzib edib.

Agentlik uranı zənginləşdirəcək yeni zavodların yerinin hələ seçilmədiyini açıqlayıb. Əli Əkbər Salehi «İLNA» agentliyinə deyib ki, birinci zavodun yeri ilin sonuna kimi razılaşdırılacaq.

Prezident Əhmədinejatın məsləhətçisi bir neçə gün əvvəl ən azı bir zavodun yerləşəcəyi yeri təsdiqlədiyini bildirmişdi.

Ötən ilin noyabr ayında Əhmədinejat İranın 10 yeni uranı zənginləşdirəcək zavod tikəcəyini élan edib.

Qərb İranın uranı zənginləşdirməsini istəmir, ehtiyat edir ki, nüvə silahı hazırlaya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG