Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:57

«Bişkek hadisələrində nümayişçilər də günahkardır»


Human Rights Watch təşkilatı Qırğızıstanın müvəqqəti hökumətini onlarla insanın ölümünü araşdırmağa çağırıb.

Iki həftə əvvəl Bişkekdə müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmada 85 nəfər ölüb, daha sonra prezident Kurmanbek Bakiyev istefa verib.

Human Rights Watch bildirir ki, toqquşmada hər iki tərəfin günahkar olduğu barədə onlarda məlumat var.

Avropa Birliyi də Bişkek hadisəsinin günahkarlarını araşdırmağa çağırıb.

Hazırda Qırğızıstanın paytaxtı ətrafında qanunsuzluq hökm sürür, cənubda isə müvəqqəti hökumət Bakiyev tərəfdarlarının müqaviməti ilə qarşılaşır.

Bu arada aprelin 20-də sabiq prezident Bakiyevin Qazaxıstandan Belarusa getdiyi məlum olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG