Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:13

Hüquqşünas: «Azərbaycan xalqı qanun sevən xalqdır»


Müzəffər Baxışov
«Heç Sovet dövründə məhkəmələrdə belə biabırçı qərarlar qəbul olunmurdu». Hüquqşünas Müzəffər Baxışov belə deyib. Aprelin 20-də «İşdən sonra»da ömürlük hakimlər və ömürlük prokurorlar mövzusu müzakirə edilib.

M.Baxışov deyib ki, Azərbaycanda gec də olsa demokratik cəmiyyətin qurulacağına ümidlidir. Sadəcə ortaya siyasi iradə qoyulmalıdır:

- Azərbaycan xalqı qanun sevən xalqdır, amma görür ki, yuxarıda oturan qanunlara əməl etmir o da fikirləşir ki, əyri yolla sərvət toplasın. İslahatlarla bağlı siyasi iradə yoxdursa, xırda addımlar inkişafa aparmayacaq. Bunun üçün iradə ortaya qoymaq lazımdır.

İntiqam Əliyev
Hüquqşünas İntiqam Əliyev isə hesab edir ki, hakimiyyətə sözə baxan məmurlar sərf edir:

- Azərbaycan kimi ölkədə məhkəmə də, parlament də hakimiyyətin əlində vasitədir. Hakimiyyət müstəqil məhkəmənin, prokurorluq orqanlarının olmasında maraqlı deyil. Ona görə də sözə baxan adamlar təyin edirlər. Ümumilikdə problem sistemdədir. Bu, demokratik sistem deyil və tamamilə bir qüvvənin əlində mərkəzləşib.

BURADA DİNLƏYİN



/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG