Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:34

Gəncədə iş axtaranların sayı artıb


Şəhərdə zavod və fabriklərin fəaliyyətini dayandırması işə olan tələbatı xeyli artırıb.


Gəncə şəhər Məşğulluq Mərkəzinin baş məsləhətiçisi Kəmalə Vəliyevanın bildirdiyinə görə, hazırda Gəncədə iş axtaranların sayı 2295 nəfər təşkil edir. Mərkəzdə olan iş yerlərinin sayı isə 200-ə yaxındır ki, bunun da 60 faizini dövlət, qalanını isə özəl sektor tutur.

Kəmalə Vəliyeva deyir ki, mərkəzə işçi sifariş verən təşkilatların əksəriyyətinə fəhlələr lazımdır.

Məlumat üçün bildirək ki, bu ilin üç ayı ərzində 85 nəfər işlə təmin edilib. Ötən il isə bu rəqəm 725 nəfər olub. K.Vəliyeva Gəncədə növbəti əmək yarmarkasının bu ilin oktyabr ayında keçiriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG