Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:05

Bişkek ətrafında soyğunçularla polis toqquşub (video)


Qırğızıstanın müvəqqəti hökuməti paytaxt Bişkekin ətraf rayonlarında qayda-qanunu bərpa etməyə çalışır.

Mayovka kəndi yaxınlığında yüzlərlə insandan ibarət kütlə ilə xüsusi təyinatlı polis arasında toqquşma olub.

Dünən bu kənddə soyğunla məşğul olanlar rusların və məshəti türklərinin evlərinə hücum etmişdilər. Azı 3 adam həlak oldu, 28 adam yaralandı.

Cənubdakı Cəlalabad şəhərində devrilmiş prezident Bakiyevin tərəfdarları öz üsuli-idarələrini qurduqlarını elan ediblər. Onlar yerli idarəçilik binalarını bazar günündən tutublar.

Bakiyevin harda olması isə məlum deyil.

Mayovka kəndi toqquşmalardan sonra
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid
XS
SM
MD
LG