Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Türkiyənin Qars şəhərinin nümayəndələri Gəncəyə səfər edib


Səfər müddətində Qarsla Gəncənin gələcək əməkdaşlığının prespektivləri müzakirə olunacaq.

Yerli hökümət, mədəniyyət və iş adamlarından ibarət 19 nəfərlik heyətə Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş başçılıq edir.

İlk olaraq Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirən qonaqlar şəhərin tarixi və mədəniyyət abidələrinə, görməli yerlərinə baş çəkiblər. Onlar həmçinin 400 ildən çox yaşı olan Şah Abbas məscidini və Gəncənin sonuncu hakimi Cavad Xanın məqbərəsini də ziyarət ediblər.

Səfərin digər iki günündə isə Qarslı qornaqlar şəhər ziyalıları ilə görüşəcək, bir sıra müəssisələrə də baş çəkəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG