Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:10

Əfqanıstanda namizədlərin qeydiyyatı başlayıb


Əfqanıstanda parlament seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı başlayıb.

Seçkilər sentyabrın 18-də keçiriləcək.

Müstəqil Seçki Komissiyası bildirib ki, qurum seçkilərin azad və ədalətli keçirilməsi üçün əlindən gələni edəcək.

Ötən həftə prezident Həmid Kərzayi Qərb və yerli siyasi qrupların təzyiqi ilə komissiyaya yeni sədr təyin edib. Bundan əvvəlki sədrin fəaliyyəti dövründə Kərzayi ikinci müddətə prezident seçilib. Qərb seçkinin saxtalaşdırma ilə müşayiət olunduğunu bildirib.
XS
SM
MD
LG