Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Torpaq mübahisəsi həllini tapdı


Mülk və torpağını dövlət ehtiyacları üçün istənilən qiymətə satmaq istəməyən vətəndaş bundan sonra məhkəməyə müraciət edə bilər.

Aprelin 20-si parlamentə üçüncü oxunuşda qəbul edilən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun» layihəsində belə deyilir.

Belə ki, layihədə əsas mübahisə doğuran 29-cu maddə olduğu kimi saxlanılıb. Həmin maddəyə görə əgər dövlət öz ehtiyacları üçün vətəndaşın torpağını alırsa bu zaman vətəndaş təklif olunan qiymətlə razı deyilsə onda o məhkəməyə müraciət edə bilər.

Amma layihənin birinci və ikinci oxunuşunda bəzi millət vəkilləri təkid ediblər ki, layihənin belə qəbulu vətəndaşların xeyrinə deyil.

Qanun layihəsinin bu cür qəbul edilməsinin əleyhinə olanların fikrincə beynəlxalq təcrübədə dövlət öz ehtiyacları üçün vətəndaşdan torpaq və ya mülk alarkən vətəndaş qiymətlə razı deyilsə onda vətəndaş yox, dövlət özü məhkəməyə müraciət edir.

Narazılıqlara baxmayaraq qanun layihəsi 96 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqla qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG