Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:09

Eynulla Fətullayevin həbsinin 3 ili


Aprelin 20-də «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fəullayevin həbsinin üç ili tamam olur. Baş redaktor 2007-ci il aprelin 20-də Yasamal rayon məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilən baş redaktor barəsində 2009-cu ilin dekabrında daha bir cinayət işi açılıb.

Belə ki, ötən il dekabrın 29-da Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb. Onu bu ittihama görə 3 il azadlıqdan məhrum etmə gözləyə bilər.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG