Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Davudoğlu Bakıdan sonra Tehrana gedib


Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu aprelin 20-də Tehranda İran rəsmiləri ilə danışıqlar aparır. Görüşdə İranın mübahisəli nüvə proqramının müzakirə ediləcəyi gözlənilir.

ABŞ-ın müttəfiqi olan Türkiyənin İranla da yaxşı münasibətləri var. Ankara İranın nüvə proqramı ilə bağlı diplomatik həllin mümkünlüyünə təkid edir.

ABŞ İrana qarşı dördüncü dəfə sanksiya qoyulmasını istəyir.

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyatlanır. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Tehrandan əvvəl Bakıda səfərdə olub.
XS
SM
MD
LG