Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:08

Minsk qrupunun yeni həmsədri təyin edildi


ATƏT-in Minsk Qrupunun yeni rusiyalı həmsədrinin adı məlum olub. «APA»nın məlumatına görə, bu, İqor Popovdur. İ. Popov bu gün səhər saatlarında əvvəlki həmsədr Yuri Merzlyakovla birlikdə Bakıya gəlib.

Popov 2005-ci ildən Rusiyanın Mozambikdəki səfiri və 2006-cı ildən paralel olaraq Rusiyanın Svazilend Krallığında səfiri vəzifəsini icra edib.

Həmsədr kimi Azərbaycana son dəfə səfər etməsindən təəssüfləndiyini ifadə edən Yuri Merzlyakov isə Bakıda ciddi müzakirələr aparacaqlarını deyib.

Amerikalı həmsədr Robert Bradtkenin bu gün günorta saatlarında Bakıya gələcəyi gözlənilir. Fransalı həmsədr Bernar Fasie isə bu dəfə Azərbaycana gəlməyəcək. Həmsədrlər Azərbaycan rəsmləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair müzakirələr aparacaqlar.

Həmsədrlər bundan əvvəl Yerevan və Xankəndində olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG