Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:27

Neft Fondunda yoxlamalara başlanıb


Hesablama Palatası Dövlət Neft Fondunda yoxlamalara başlayıb. Bu barədə jurnalistlərə Palatanın sədri Heydər Əsədov məlumat verib.

Onun sözlərinə görə, Fonda daxil olan vəsaitlər, audit hesablar və s. sahələri əhatə edəcək yoxlamalar üç illik müddəti əhatə edəcək.

Heydər Əsədov il ərzində digər sahələrdə aparılan yoxlamalar nəticəsində dövlət büdcəsinə xeyli vəsait cəlb olunduğunu, altı hüquqi şəxslə bağlı prokurorluğa müraciət edildiyini bildirib.

Heydər Əsədov Hesablama Palatasının hansısa qurumda yoxlamalar apara bilməməsilə bağlı fikirlərə də aydınlıq gətirib.

«Elə bir qrum, struktur yoxdur ki, Hesablama Palatası orda yoxlamalar aparmaq imkanından məhrum olsun. Heç kim bizim işimizə mane ola bilmir, biz bütün yoxlamaları qaydalar üzrə aparılır».

Hesablama Palatası aprelin 20-də Milli Məclisə illik fəaliyyətilə bağlı hesab verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG