Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:02

Azərbaycandan Avropa ölkələrinin heç birinə uçuş yoxdur


Hazırda Azərbaycandan Avropa ölkələrinin heç birinə təyyarə reysləri yoxdur. Bu barədə Azadlıqradiosuna «AZAL»ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Uçuşların günün ikinci yarısı bərpa olunacağı gözlənilir.

Məhərrəm Səfərli deyir ki, aprelin 19-u səhər saatlarında Avropa şəhərlərindən yalnız Milana təyyarə reysi olub, amma dünən İtaliya hava məkanı vulkan buluduna görə bağlandığından Milandan-Bakıya olan təyyarə reysi təxirə salınıb. Bu gün saat 14-ə qədər təxirə salınıb.

Avropa Birliyi uçuşların qismən bərpasına qərar verib. Aprelin 19-da Brüsseldə Birliyin Nəqliyyat Komissarı Siim Kallas elan edib ki, qəbul edilən qərarın aprelin 20-si səhər tezdən tətbiq edilməyə başlayacaq.

Bir neçə gün əvvəl İslandiyada güclü vulkan püskürməsi nəticəsində yaranan kül buludu Avropanın hava məkanını ific vəziyyətinə salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG