Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:45

Britaniyaya doğru yeni kül təbəqəsi gedir


İslandiyada vulkan püskürməsi nəticəsində yaranan yeni kül təbəqəsi Britaniya istiqamətində hərəkət edir. London aeroportları hələ də bağlıdır. Britaniyanın milli hava-nəqliyyat xidməti bildirib ki, günün sonuna kimi İngiltərə, Şotlandiya və Uelsin hava məkanının açılması planlaşdırılır.

Britaniyanın hava məkanı ötən həftədən bağlıdır, ehtiyat edirlər ki, vulkan külü təyyarələrin mühərriklərini sıradan çıxara bilər.

Milyonlarla sərnişin Şimali Avropa ölkələrində hava məkanının bağlı olduğuna görə limanlarda qalıb. İrlandiya, Hollandiya, Avstriya, Danimarka və Skandinaviya ölkələrindən uçuşlar qismən bərpa olunub.

İslandiyadakı vulkan «Azərbaycan Hava Yolları»nda da təyyarə uçuşlarının təxirə salınmasına səbəb olub. Bakıdan London və Parisə aviareyslər təxirə salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG