Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:40

İranda zəlzələnin səbəbini tapıblar


İranda yüksək səviyyəli moillalardan biri olan höccətülislam Kazım Sediği İranda bəzi qadınların açıq-saçıq geyinməsi və əxlaqsız hərəkətlərinə görə zəlzələlərin tez-tez baş verdiyini deyib. Yerli medianın xəbərinə görə o, zələzələrin səbəbini bu cür izah edib:

“Bəzi qadınlar tərbiyəli şəkildə geyinmirlər. Bu da cavan oğlanları yoldan çıxarır, onların əxlaqını korlayır və cəmiyyətdə zinalıq yayılır. Bunların da nəticəsində zəlzələlər baş verir.”

İran dünyanın ən fəal zələzələ zonalarından birində yerləşir.

İran qanunlarına görə bu ölkədə qadınlar başdan topuğuna qədər qapalı geyinməlidirlər. Amma xüsusilə gənclər bundan imtina edir, başlarına şərf atırlar ki, bu da bəzən onların saçlarının görünməsinə mane olmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG