Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

Avropa Birliyi insanların təhlükəsizliyində güzəşt olmayacağını bəyan etdi


Avropa Birliyi sərnişinlərin təhlükəsizliyi məsələsində güzəşt mümkün olmadığını bildirir. Təşkilat bu barədə kül buluduna görə dayanmış təyyarə reyslərinin bərpa edilməsi çağırışlarına cavab olaraq bildirib.

Avropa Birliyinin rəqabət məsələləri üzrə komissarı həm də əlavə edib ki, reyslərin təxirə salınmasına görə itkilərlə üzləşmiş hava yolları şirkətləri dövlət yardımları da ala bilərlər.

Hava Nəqliyyatı Assoasiyasının məlumatına görə hava yolları şirkətləri boş dayandıqları hər gündə 250 milyon pul itirirlər. Assoasiya hökumətləri böhrana qarşı təcili addımlar atmağa və uçuşları bərpa etməyə çağırıb.

Artıq beşinci gündür ki, İslandiyada püskürən vulkandan yaranan kül buluduna görə Avropanın əksər hava yollarında uçuşlar dayandırlıb.

Adının çəkilməməsini xahiş edən bir ABŞ rəsmisi aprelin 19-da jurnalistlərə bildirib ki, həmin ərazilərdə uçan NATO-nun bir F16 döyüş təyyarəsinin mühərrikində küldən formalaşmış şüşə qırıntıları aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG