Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:16

Avropanın hava məkanının 80 faizi bağlıdır


İslandiyada püskürməkdə davam edən vulkanın atmosferə buraxdığı kül səbəbindən Avropanın hava məkanının 80 faizi dördüncü gündür ki, bağlıdır. Normal vaxtlarda gündə 24 min uçuşun həyata keçirildiyi halda, dünən yalnız 5 minədək uçuş baş tutub. Ümumiyyətlə, ötən çərşənbə axşamından 63 min reys təxirə salınıb.

Hər gün 200 milyon dollar zərər görən aviaşirkətlər isə uçuşlara qadağanın yumşaldılması üçün hakimiyyət orqanlarına təzyiq edirlər. Qitənin British Airways, Air France, KLM və Lufthansa kimi iri şirkətləri sınaq uçuşları keçirdiklərini və uçuşlar üçün hər hansı təhlükə aşkarlamadıqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG