Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:08

Şimali Kiprdə millətçilərin lideri qalib gəlib


Şimali Kipr Türk Cümhuriyyətində bazar günü keçirilmiş prezident seçkilərində millətçilərin lideri Dərviş Əroğlu çox az fərqlə hazırkı prezident Mehmet Əli Tələtə qalib gəlib. Yunan Kipri artıq Əroğlunun qələbəsini adanın taleyi ilə bağlı aparılan danışıqlar baxımından “neqativ hadisə” kimi dəyərləndirib.

Dərviş Əroğlu Şimali Kiprin müstəqilliyinin qatı tərəfdarı kimi tanınır. Lakin seçkilərdən dərhal sonra o, Yunan Kipri ilə danışıqlardan imtina etməyəcəyinə söz verib.

XS
SM
MD
LG