Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Ahmet Davudoğlu Bakıya gəlir


Aprelin 19-da Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu Bakıya səfərə gəlir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirib ki, səfər Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Azərbaycana gələcəyini Ə.Davudoğlu aprelin 15-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirmişdi. Demişdi ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirməkdə qərarlıdır: «Qərarlı olduğumuzu həm erməni, həm də amerikalı həmsöhbətlərimizə çatdırdıq. Azərbaycana isə mövqeyimizi bazar ertəsi reallaşacaq səfərim zamanı deyəcəm. ABŞ-da apardığımız danışıqları Azərbaycan prezidenti İlham Əliyevlə təfərrüatları ilə dəyərləndirib, sonrakı addımlarımız barəsində məsləhətləşmələr aparacağıq. İran məsələsi üçün də diplomatik yolun mövcudluğu qənaətindəyik. Bir həftəyə İrana da səfər edəcəm».

Bakıdan sonra Əhməd Davudoğlu Tehrana yola düşəcək. ABŞ və İran münasibətləri haqqında danışıqları davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG