Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

Polşanın prezidenti və birinci ledisi dəfn olundu


Aprelin 18-də Polşanın Krakov şəhərində prezident Lex Kaçinski və xanımı Mariya Kaçinskinin dəfn mərasimi keçirildi.

Mərasimdən sonra prezident və birinci ledi Krakovdakı Vavel qəsrində torpağa tapşırıldı.

Mərasimə 10 minlərlə adam yığışımışdı. Avropada hava məkanı bağlı olduğuna görə ABŞ prezidenti Barak Obama da daxil olmaqla bir çox dünya liderləri mərasimə qatıla bilməyiblər.

Dəfn mərasimində iştirak etmək üçün Polşaya gələn ölkə başçıları arasında Rusiya prezidenti Dimitri Medvedev də olub.

Lex Kaçinski və Polşanın birinci ledisi bir sıra dövlət xadimləri ilə birlikdə Smolensk yaxınlığında təyyarə qazasında həlak olublar. Polşanın dövlət nümayəndə heyəti Katın faciəsinə həsr olunan mərasimdə iştirak etmək üçün Rusiyaya gedirdilər, lakin dumanlı hava şəraitində prezeident təyyarəsi qəzaya uğrayıb.

Şərhləri göstər

XS
SM
MD
LG