Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Fransa və İspaniyada bəzi hava limanları açılıb


Vulkana görə Avropada hava məkanının bağlanması Avropa Birliyinin iqtisadiyyatına milyardlarla dollar ziyan vurub.

Bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun yaydığı bəyanatda bildirilir.

Təyyarə reyslərinin təxirə salınması gün ərzində hava şirkətlərinə 200 milyon dollardan artıq ziyan vurur.

Avropanın aviasiya agentliyi ötən cümə axşamından bu yana ümumilikdə 63 min reysin təxirə salındığını bildirir.

Rusiyanın baş naziri Vladimir Putin hava limanlarında qalanların vizalarının uzadılmasını və onlara digər köməkliklər göstərilməsini göstəriş verib.

Aviasiya rəsmiləri isə bu arada Fransanın cənubu və İspaniyanın şimalında bir sıra hava limanlarının açıldığını xəbər verirlər.
XS
SM
MD
LG