Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:53

Qaradərili tələbə "ukrayincə ən yaxşı şeir deyən" seçildi


Ukraynanın Donetsk şəhərində kecirilən ifadəli qiraət müsabiqəsində Nigeriyalı Ayo Osikoya qalib gəlib.

O, Taras Şevçenkonun xatirəsinə həsr olunan müsabiqədə ukrayna müəlliflərinin şerlərini ucadan daha gözəl oxuyaraq bütün rəqiblərini geridə qoyub.

Osikoya Uktaynaya cəmi 2 il əvvəl gəlib. Lvov şəhərində 8 ay ukrayna dilini öyrənəndən sonra, Donetsk Texniki Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsilinə başlayıb.

Universitetin bədii klubuna yazılan Osikoyanın ukrayna poeziyasına olan marağı klubun digər üzvlərinin diqqətindən yayınmayıb. Qərara gəliblər ki, onu müsabiqəyə hazırlasınlar.

Osikoya deyir ki, Lvovdan Donetskə köçməsinə heyfslənmir, bir-birindən fərqlənsə də hər iki şəhəri çox sevir. Deyir, Lvovda daha çox mədəniyyət abidələri var idi, Donetsk isə böyük sənaye mərkəzidir.

Ukraynadakı uğurlarına baxmayaraq, Osikoyanın öz taleyini Uktayna ilə bağlamaq planları yoxdur. Təhsilini başa vurandan sonra Nigeriyaya qayıtmaq istəyir.

Ayo Osikoyun çeir oxumasından kiçik bir parçanı burada dinləyin

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG