Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:02

Pentaqon hesab edir ki, Obama İrana çox vaxt sərf edir


Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts hesab edir ki, prezident Barak Obama və onun milli təhlükəsizlik müşavirləri artıq İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin analizinə olduqça çox vaxt sərf ediblər.

Bunu New York Times qəzetində getmiş yazıya münasibət bildirərkən Pentaqonun nümayəndəsi Ceff Morel deyib.

Qəzet yazır ki, Obama hökuməti diplomatik cəhdlər baş tutmayacağı halda İrana təsir etmək üçün hərbi yol da daxil olmaqla alternativ variantları götür-qoy edir.

Qəzetin yazdığına görə Robert Qeyts Ağ evə məxfi memorandum göndərib.

Memorandumda deyilir ki, İranın nüvə potensialının inkişafıyla bağlı Vaşinqtonun uzunmüddətli siyasəti yoxdur.


XS
SM
MD
LG