Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:04

Lufthansa və KLM şirkətləri sınaq uçuşları keçirib


Vulkana və qatı toz buluduna görə artıq 4-cü gündür ki, Avropanın əksər hissəsində hava məkanı bağlıdır.

Şimali və Mərkəzi Avropa, Britaniyadan tutmuş Ukraynayadək hava məkanları təyyarəlrin uçuşu üçün tam və ya qismən bağlıdır.

Vəziyyətin bu gün də belə davam edəcəyi gözlənilir.

Toz buludu hazırda cənub-şərqə doğru hərəkət edir.

Həmçinin Bolqarıstan hava məkanını bağlayıb.

Amma Almaniyanın Lufthansa və Niderlandın KLM şirkətləri dünən sınaq uçuşları keçirib və vəziyyətin normal olduğunu bildiriblər.

Lufthansa şirkəti bazar ertəsi bir neçə uçuşlar həyata keçirmək fikrindədir.

Dünən Avropada təxminən 17 min reys təxirə salınıb.

Uçuşların təxirə salınması hava şirkətlərinə gün ərzində 200 milyon dollardan çox ziyan vurur.

Həmçinin bu gün Bakıdan Parisə və Londona nəzərdə tutulmuş təyyarə reysləri təxirə salınıb.
XS
SM
MD
LG