Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Dünya liderləri Kaçinskinin dəfninə gedə bilmir


Avropanın hava məkanı uçuşlara bağlı olduğu üçün dünya liderləri Polşa prezidenti Lex Kaçinskinin dəfn mərasiminə gedə bilməyəcəklər.

Artıq ABŞ prezidenti Barak Obama, Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Nikole Sarkozi, britaniyalı şahzadə Çarlz, Avropa

Komissiyasının lideri Joze Manuel Barrozo və Türkiyə prezidenti Abdulla Gül mərasimə qatıla bilməyəcəklərini bildiriblər.

Rusiya prezidenti Dimitri Medvedev hələlik Krakova səfərini təxirə salmayıb.

Polşaya yaxın olan Çexiya, Slovakiya, Sloveniya, Macarıstan, Rumınya və Estoniya liderləri, habelə keçmiş Ukrauna prezidenti Viktor Yuşşenko isə

Krakova qatar və ya maşınla gedəcəklərini bildiriblər.

Polşa prezidenti Lex Kaçinsi və xanımı Mariya da daxil olmaqla ötən şənbə günü Smolensk ətrafında baş vermiş təyyarə qəzasında 96 nəfər ölüb.

Lex Kaçinski və xanımı Mariya keçmiş Polşa kralları və görkəmli xadimlərin torpağa tapşırıldığı Krakovdakı Vavel qəsrində dəfn olunacaqlar.

Dünən Varşavanın Pilsudski meydanında keçirilmiş vida mərasimində 10 minlərlə adam iştirak edib.
XS
SM
MD
LG