Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:58

Suriya,Livan və İraq İranın nüvə proqramını müdafiə ediblər


Suriya Livan və İraq İranın nüvə proqramını müdafiə ediblər.

İraqın xarici işlər naziri Hoşyar Zebari nüvə təhlükəsizliyi ilə bağlı Tehranda keçirilən konfransda çıxış edərkən İranın nüvə proqramına qarşı hücumları rədd edib və onun dinc məqsədli nüvə proqramına haqqı olduğunu deyib.

Livanın xarici işlər naziri Əli əl Şami isə qeyd edib ki, nüvə arsenalından ilk növbədə İsraili məhrum etmək lazımdır.

İran prezidenti Mahmud Əhmədinejad isə bildirib ki, nüvə tərksilahı və nüvə silahlarının yayılmamasına nəzarət eləmək üçün beynəlxalq müstəqil ekspert qrupu yaratmaq lazımdır.
XS
SM
MD
LG