Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:13

49 il əvvəl kosmosa uçuş


«Kommunist» qəzeti
«Kommunist» qəzeti
49 il əvvəl – 1961-ci ildə dünya kosmosdan danışırdı. 1961-ci il aprelin 12-də ilk dəfə olaraq insan – Yuri Qaqarin kosmosa uçdu. «Kommunist» qəzeti həmin tarixi çox böyük şənliklə qeyd edib.

«BƏŞƏRİYYƏTİN ARZUSU YERİNƏ YETDİ»

«Kommunist» qəzetinin həmin tarixə aid sayı şüarlarla başlayır. İlk səhifədə Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi Mirəli Qaşqayın kiçik məqaləsi dərc edilib.

«Bəşəriyyətin çoxdankı arzusu, ən cəsarətli arzusu yerinə yetdi; yerin elçisi – ilk kosmonavt doğma planetimizdən əsrarlı və cazibədar kosmik aləmə uçdu.
Bizim hamımız bilirdik ki, belə bir günə az qalmışdır, buna baxmayaraq SİTA-nın məlumatı insanı vəcdə gətirir. «Vostok» kosmik-gəmi peykinin pilot kosmonavtı Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşıdır» deyən diktorun sözlərini dinləyərkən qəlbimizin nə qədər iftixar hissi ilə döyündüyünü sözlə ifadə etmək çətindir»

«AFƏRİN QAQARİN»

«Kommunist» qəzetinin 13 aprel sayında Yuri Qaqarinin jurnalistlərə verdiyi müsahibəsi yer alıb.

«Kosmosda əslə tənhalıq hiss etmirdim. Yaxşı bilirdim ki, hazırda dostlarım, bütün sovet xalqı mənim uçuşumu izləyir. Əmin idim ki, çətin vəziyyətə düşsəm partiya və hökumət dərhal köməyimə gələcək».

Növbəti məqalə «Afərin Qaqarin» adlanır və Azərbaycanlı qazmaçıların bu xəbərə necə sevindiklərindən bəhs edir.

«Ölkəmizin ən dərin quyularının qazıldığı Zirədə dünən qazmaçıların sevinci və fərəhi yerə göyə sığmırdı. Sovet adamının, Yuri Qaqarinin dünyada ilk dəfə kosmosa uçması haqqında radio ilə xəbər verilən zaman qazmaçılar quyuda işləyirdi. Yerin dərinliklərini fəth edən qazmaçılarımız insanın, sovet adamının kosmosa uçub, müvəffəqiyyətlə yerə qayıtması xəbərini hədsiz sevinclə qarşılamışlar».

Səhifənin sonunda isə kürdəmirli Aşıq Əhmədin şeri yer alır.

Qüdrətindən söhbət açım, söz tutum
Fəzanın köksünü dələn qardaşım.
Deyirəm sağ əlin olsun başıma
Göylərin sirrini bilən qardaşım.
Qaqarinim eşitdikcə sözünü
Kahkaşanda hiss edirəm özümü
Arzum budur şəxsən görəm özünü
Qəlbi qəlbim kimi gülən qardaşım.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG