Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:25

Əsir anası oğlunun azad edilməsini xahiş edəcək


Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Anar Hacıyevin anası oğlunun qaytarılması xahişi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə müraciət edəcək.

Əsgərin anası Nailə Məmmədova APA-ya bildirib ki, təşkilatın əməkdaşları oğluna sonuncu dəfə fevralın 2-də baş çəkiblər və o gündən bu yana oğlundan xəbər yoxdur.

1990-cı il təvəllüdlü Anar Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

O, 2009-cu il mayın 10-da Füzuli istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG