Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:13

İran nüvə tərksilahıyla bağlı beynəlxalq qrup yaratmağa çağırıb


İran prezidenti Mahmud Əhmədinejad nüvə tərksilahına nəzarətlə bağlı büynəlxalq orqan yaratmağa çağırıb.

O nüvə tərksilahıyla bağlı Tehranda keçirilən iki günlük konfransda çıxış edərkən bildirib ki, planlara nəzarət, nüvə tərksilahı və nüvə silahlarının yayılmamasıyla bağlı müstəqil beynəlxalq qrup yaratmaq lazımdır.

İranın ali dini lideri Ayatolla Əli Xomenei isə bundan əvvəl bildirib ki, İslamda nüvə silahının tətbiqi qadağandır.

O Birləşmiş Ştatları dünyada atom cinayəti törətmiş yeganə ölkə adlandırıb.

Tehran Konfransında Ermənistan və Türkmənistan da daxil olmaqla 12 ölkə iştirak edir.
XS
SM
MD
LG