Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Polşada vida mərasimi keçirilir


Bu gün bütün Polşa boyunca Rusiyada təyyarə qəzasında ölənlərin xatirəsi anılır.

Yerli vaxtla səhər saat 8:56-da bütün ölkə boyunca sirena və kilisə zəngləri çalınıb, maşın və piyadaların hərəkəti dayandırılıb.

Bu gün Varşavada keçiriləcək vida mərasimində 100 minlərlə adamın iştirakı gözlənilir.

Vulkana görə Varşava hava limanı bağlı olsa da mərasimdə iştirak edəcək dünya liderləri hələlik səfərlərini təxirə salmayıblar.

Çexiya, Slovakiya və Estoniya liderləri Varşavaya maşınla gedəcəklər.

Ölkə prezidenti Lex Kaçinski və onun xanımı Mariya da daxil olmaqla aprelin 10-da Smolensk ətrafında baş vermiş təyyarə qəzasında 95 adam ölüb.

Onlar Smolenskə 1940-cı ildə Katın meşəsində Sovet ordusu tərəfindən güllələnmiş minlərlə polşalı zabit və ziyalının şərəfinə ucaldılmış xatirə kompleksinə baş çəkmək üçün gedirdilər.



Günün bütün mövzuları

XS
SM
MD
LG