Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:45

100 mindən çox eksponatı qarət edərək Ermənistana aparıblar


Şuşa
Şuşa
Azərbaycanın İşğal Olunmuş Ərazilərinin Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi 18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar bəyanat verib.

Bəyanatda bildirilib ki, Ermənistan uzun illərdir Azərbaycanın mili mədəniyyətinə məxsus sənət əsərlərinin yox edilməsi və mənimsənilməsini hədəf götürüb. Bu, beynəlxalq konvensiyaların müvafiq müddəalarına zidd olmaqla hüquqi dildə «Mədəniyyətin soyqırımı» anlayışı kimi başa düşülməlidir:

«Son 18 ildə Azərbaycanın işğal olunmuş ərazilərində 1700 tarix və memarlıq abidəsi erməniləşdirilib. 27 muzey və şəkil qalereyasından 100 mindən çox eksponatı qarət edərək Ermənistana aparıblar. Yüzlərlə yer adı dəyişdirilib, 300-ə yaxın məscid, türbə, pir və digər qəbirüstü abidələr tamamilə dağıdılaraq yararsız hala salınıb».

Bəyanatda beynəlxalq ictimaiyyətdən bu ərazilərdə monitorinq keçirilməsi tələb edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG