Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:36

Aviaşirkətlər hər günə 200 milyon dollar itirirlər


Dünya hava yolları şirkətləri bildiriblər ki, Avropa boyunca təyyarə reyslərinə təxirə salınmasına görə gündə 200 milyon dollar gəlir itirirlər.

Cenevrədə yerləşən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bildirib ki, hava yolları şirkətləri həm marşrutlarının dəyişdirilməsinə, həm də hava limanlarında qalan sərnişinlərinə və təyyarələrinə baxılmasına görə də əlavə xərclərlə üzləşirlər.

İslandiyada vulkan püskürməsindən yaranan kül buluduna görə Avropanın əksər ölkələrində təyyarə reysləri dünəndən təxirə salınır. Mütəxəssislər hələ daha 24 saat üçmağın çətin olacağını deyirlər.

Onlar bildirirbl'r ki? h'min kül buludu görmə məsafəsini məhdudlaşdırır və təyyarə mühərriklərini dayandırmaq gücündədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG