Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:35

Bakiyevin beş qardaşı hardadır?


Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin doğulduğu Teyit kəndində onun yaxınlarının evini Bakiyev tərəfdarları mühasirəyə alıblar. Onlar həmin kənddə olan Bakiyevin qardaşını müdafiə edirlər.

Casnış Bakiyevi qoruyan adamların çoxu çoxu silahlıdır. Dünəön müvəqqəti hökumət onun həbs edilməsi barədə qərar çıxarıb.
Canış Bakiyev prezident olan qardaşının mühafizə xidmətinin rəhbəri olub. Müvəqqəti hökumət onu aprelin 7-də Bişkekdə prezidentin idarəsinin yaxınlığında mitinqçilərə atəş açmaq əmri verməkdə ittiham edirlər.

Bu toqquşmalarda azı 84 nəfər həlak olub, min nəfərdən çox adam da yaralanıb.

Bakiyevin ikinci qardaşı Əhmədin də həmin Teyit kəndindəki evində olduğu ehtimal olunur.

Bakiyevin Almaniyada səfir olan qardaşı Marat isə bu həftənin əvvəlində Berlini tərk edib. Hələlik onun harda olduğu məlum deyil. Dördüncü qardaşı Adil Qırğızıstanın Çindəki səfiridir. Beşinci qardaşı Yusupbek isə 2006-cı ildən Qırğızıstanda İcma İnkişafı və Sərmayə Agentliyinin direktoru idi. İndi onun yeri məlum deyil.

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev aprelin 16-da bildirib ki, Bakiyevigətimək üçün Qırğızıstana təyyarə göndərib:

- Mən atışmanı və itkiləri dayandırmaq üçün gecə-gündüz danışıqlar apardım. Biz Qazaxıstan təyyarəsi ilə Bakiyevi Qırğızıstandan çıxartdıq. Məncə, bu vəziyyəti sabitləşdirməyə və qırğız xalqının sülh şəraitində yaşayıb işləməsinə imkan yaradacaq.

Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva Kurmanbek Bakiyevin ABŞ, Rusiya və Qazaxıstan prezideentləri ilə müzakirədən sonra ölkəni tərk etdiyini deyib. Aprelin 15-də axşam isə istefa ərizəsi yazaraq onu faksla Bişkekə göndərib.
XS
SM
MD
LG