Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:44

Prokuror keçmiş polis rəisinə 12 illik həbs cəzası istəyib


Aprelin 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ağır cinayətlərdə ittiham olunan Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevin məhkəməsi prokurorun çıxışı ilə davam edib. Prokuror keçmiş polis rəisinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il həbs cəzası istəyib.

İttihama görə, M. Əliyev dövlət hakimiyyətinə qarşı, prezidentə sui-qəsddə, keçmiş müdafiə naziri Rəhim Qazıyevi, Baba Nəzərlini, Əlikram Hümbətov və Arif Paşayevi MTN-in təcridxanasından qaçırıb. Bundan başqa, OMON-un tabor komandiri Elçin Əmiraslanovla birlikdə ölkə prezidentini öldürmək üçün terror aktı hazırlayıb. Bu barədə 1994-cü ildə Moskvada razılaşma əldə ediblər. Həmin il Dağıstanda “OMON”-un narazı əməkdaşlarından ibarət dəstə toplanmasında və keçmiş prezident Heydər Əliyev xaricdən dönən zaman təyyarənin raketlə vurulması üçün əməliyyatın hazırlanmasında iştirak edib.

Məhkəmə prosesi aprelin 26-da davam edəcək.
XS
SM
MD
LG