Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:49

Vəkilin dediyinə görə Xatəmiyə qadağa yox, məsləhət veriblər


İranın keçmiş prezidenti Məhmməd Xatəmiyə Yaponiyaya getməyi qadağan etməyiblər. Sadəcə bəzi rəsmilər ona bu səfəri təxirə salmağı məsləhət görüblər. Bu barədə Xatəminin vəkili məlumat verib. Vəkil qeyd edib ki, keçmiş prezidentin ölkədən çıxmasının qadağan edilməsinə dair heç bir rəsmi qərar yoxdur.

Bundan əvvəl İrandakı bəzi xəbər satyları keçmiş prezidentin İranı tərk etməsinə qadağa qoyulduğunu yazmışdılar. Məlumatda deyilirdi ki, aprelin 14-də Xatəmi Yapniyada keçiriləcək beynəlxalq nüvəsizləşdirmə konfransında iştirak etmək üçün İranı tərk etməyə imkan verilməyib.

Keçmiş prezident müxalifət lideri Mir Hüseyn Musəvini müdafiə edir. Buna görə bir neçə dəfə hücumlara məruz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG