Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:03

Bakiyev Qazaxıstana hələ aprelin 7-də enmək istəyirmiş


Qırğızıstanın yüksək vəzifəli diplomatlarından biri adının çəkilməməsi xahişi ilə bildirib ki, keçmiş prezident Kurmanbek Bakiyevin təyyarəsi hələ aprelin 7-də Qazaxıstana enməyə cəhd edib. Amma Qazaxıstan hökuməti onun təyyarəsinin Almaatı hava limanına enməsinə icazə verməyib. Qazaxıstan ona özünün Burundai hərbi hava limanına enməyi, amma orada da təyyarədən düşməməyi məsləhət görüb.

Bundan sonra Bakiyevin təyyarəsi Qırğızıstanın Calalabad şəhərinə uçub. Bu xəbərə hələlik nə Bakiyevin, nə də Qazaxıstan tərəfinin bir reaksiya yoxdur.

Qirğzğstanın prezidenti Kurmanbek Bakıyev dünən təzədən Qazaxıstan uçub. Rəsmi məlumata görə, onun bu ölkəyə getməsi ATƏT, Rusiya və ABŞ-la məsləhətləşmədən sonra razılaşdırılıb.

Bakiyev aprelin 15-i axşam istefa ərizəsi yazıb. Müxalifət onu hökumət qüvvələrinə mitinqçilərə atəş açmaq əmrini verməkdə ittiham edir. Aprelin 7-də müxalifətin Bakiyevin istefasə tələbilə keçirdiyi etiraz aksiyasında hökumət qüvvələri ilə toqquşmada 84 adam həlak olub, min nəfər də yaralanıb. Amma keçmiş prezident mitinqçilərə atəş açmaq əmini vermədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG