Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:34

Müşərrəfin yardımçısı BMT-nin Bhütto hesabatını yalan adlandırır


Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin yardımçısı keçmiş baş nazir Benazir Bhuttonun qətli ilə bağlı BMT hazırladığı hesabatı “yalan yığını” adlandırıb.

Doqquz illik mühacirətdən təzə qayıdandan Bhutto 2007-ci ilin dekabrında ölkədə keçirilən seçki ərəfəsində qətlə yetirilib. Bu hadisəni araşdıran BMT müstəntiqləri qətlin Müşərrəf hökumətinin və müxtəlif təhlükəsilik qurumlarının vaxtında qabaqlayıcı tədbirlər görməməsinin nəticəsi ola biləcəyini qeyd edirlər.

Bhuttonun indi iqtidar olan partiyası və onun indi prezident olan əri Asif Əli Zardari BMT-nin hesabatından razı qaldığını bildirib. hökumət bu hesabat əsasında polisin yeni araşdırma aparacağını bildirib. Amma keçmiş prezident Müşərrəfin köməkçisi Rəşid Qureyşi bildirir ki, sənəd yalnız söz-söhbət əsasında yazılıb və səhvən keçmiş prezident və təhlükəsizlik qüvvələrinin adları hallandırılır.
XS
SM
MD
LG