Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:56
ABŞ hökuməti Almaniya və Rusiya ilə birlikdə Hewlett-Packard şirkətinə qarşı rüşvət vermə ittihamlarını araşdırmağa başlayıb. İddialara görə ABŞ-ın informasiya texnologiyaları şirkəti olan Hewlett-Packard gəlirli layihələri əldə etmək üçün Rusiya rəsmilərinə milyonlarla dollar rüşvət verib.

Hewlett-Packard yazılı bəyanat verərək bu iddianı qaldıran ABŞ-ın qurumları ilə əməkdaşlıq etdiyini deyib.

İddia edilir ki, Hewlett-Packard Almaniyadakı yardımçı şirkətlərin vasitəçiliyi ilə Rusiya Baş Prokurorluğuna 50 milyon dollara yaxın dəyəri olan kompyuter avadanlıqları, proqramlar satmaq üçün 11 milyon dollara yaxın rüşvət verib.

Keçən dekabr ayında Almaniya bu alış-verişlə bağlı istintaq çərçivəsində üç nəfəri şübhəli kimi həbs edib.

Şərhləri göstər

XS
SM
MD
LG