Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:20

Əhməd Davudoğlu Azərbaycana gəlir


Əhməd Davudoğlu
Əhməd Davudoğlu
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu aprelin 19-da Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov «Media forum» saytına bildirib ki, səfər Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutacaq.

E. Poluxovun sözlərinə görə, hələlik səfərin proqramı, müzakirə olunacaq məsələlər dəqiqləşdirilməyib:

«Türkiyə tərəfi müzakirə olunacaq məsələləri təklif edəcək».

Azərbaycana gələcəyini Ə.Davudoğlu aprelin 15-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında açıqlayıb. O deyib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirməkdə qərarlıdır:

«Qərarlı olduğumuzu həm erməni, həm də amerikalı həmsöhbətlərimizə çatdırdıq. Azərbaycana isə mövqeyimizi bazar ertəsi reallaşacaq səfərim zamanı deyəcəm. ABŞ-da apardığımız danışıqları Azərbaycan prezidenti İlham Əliyevlə təfərrüatları ilə dəyərləndirib, sonrakı addımlarımız barəsində məsləhətləşmələr aparacağıq. İran məsələsi üçün də diplomatik yolun mövcudluğu qənaətindəyik. Bir həftəyə İrana da səfər edəcəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG