Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

Bakiyev əli ilə yazılmış istefa məktubunu faksla göndərib


Qırğızıstanın müvəqqəti hökuməti deyir ki, prezident Kurmanbek Bakiyev istefa məktubunu aprelin 15-də gecə faks vasitəsilə göndərib.

Bakiyev daha sonra Qazaxıstana gedib. ATƏT-ə hazırda sədrlik edən Qazaxıstan Bakiyevin ölkəni tərk etməsini ABŞ və Rusiya ilə müzakirə etdiklərini deyib.

BMT Baş katibi Ban Ki Mun Bakiyevin bu addımını alqışlayıb və bildirib ki, bu, Qırğızıstanın «sülh, sabitlik, tərəqqi və demokratik inkişafı istiqamətində mühüm addımdır».

Bu arada müvəqqəti hökumət yeni konstitusiya və seçkilər keçirilənə kimi növbəti 6 ayda ölkəni idarə etmək niyyətindədir. Yeni hökumətin rəhbəri Roza Otunbayeva bu gün yenidən Bakiyevin məhkəmə qarşısında dayanmalı olacağını deyib.

Müxalifət Bakiyev və ətrafını aprelin 7-də 80-dən çox adamın öldürülməsində günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG