Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

«Turizm haqqında» qanuna dəyişikliklər ediləcək


«Hazırda «Turizm haqqında» qanuna əlavə və dəyişikliklər üzərində iş gedir. Bu məqsədlə xüsusi komissiya yaradılıb və bu komissiya bütün təklifləri topladıqdan sonra Milli Məclisə təqdim edəcək».

Yeni Azərbaycan Partiyasının saytının məlumatına görə bu barədə BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov məlumat verib.

Onun sözlərinə görə, ötən dövr ərzində turizm sahəsinə aid qanunvericilik sənədlərinin də təkmilləşdirilməsi üçün lazımi işlər görülüb və görülməkdədir. Bunlar turizm sahəsində fəaliyyət göstərən şirkətlərin sertifikatlaşdırılması, qeydiyyatı və digər məsələləri əhatə edir.

«Bu qanunda müasir dövrün tələblərinə cavab verən məsələlər, dəyişikliklər öz əksini tapacaq və mən inanıram ki, bundan sonra daha yeni turizm obyektləri fəaliyyətə başlayacaq və onların daha yeni formada, müasir standartlara cavab verən iş üslubunda fəaliyyət göstərəcəyinin şahidi olacağıq» deyə F.Qürbətov bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG