Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:32

Kurmanbek Bakiyev istefa verərək Qazaxıstana gedib


Qırğızıstanın müvəqqəti hökuməti öz legitimliyini elan edib. Bundan əvvəl prezident Kurmanbek Bakiyevin istefa verdiyi məlum olub.

Müvəqqəti hökumət ümid edir ki, Bakiyevin istefası və ölkəni tərk etməsindən sonra münaqişə başa çatacaq.

Bakiyev Qırğıztandan qonşu Qazaxıstana gedib. Müvəqqəti hökumət onun istefa məktubunu imzaladığını bildirib.

ATƏT-ə hazırda sədrlik edən Qazaxıstan Bakiyevin ölkəni tərk etməsini ABŞ və Rusiya ilə müzakirə etdiklərini deyib.

ABŞ Dövlət Departamenti isə bildirib ki, ABŞ, Rusiya və Qazaxıstan prezientləri Bakiyevin Qırğızıstandan getməsini ötən həftə Vaşinqtonda nüvə sammiti keçirilən zamanı müzakirə ediblər.
XS
SM
MD
LG