Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:05

Bakı-Londona aviareysi təxirə salınıb


İslandiyada vulkan püskürməsinə görə Avropa ilə Şimali Amerika arasında uçuşların yarısı təxirə salınıb. Minlərlə sərnişin Avropa və Amerika aeroportlarında qalıb.

Vulkan atmosferin yuxarı təbəqəsinə külli miqdarda toz və kül atıb. Onlar təyyarənin mühərriki üçün təhlükəlidir və həmçinin görüntüyə mane olur.

Böyük Britaniya, İrlandiya, Skandinaviya ölkələri, Niderland, Belçika, Latviyanın eləcə də Fransa və Polşanın hava məkanını bağlamalı olub.

Ağ Ev isə öz növbəsində bəyan edib ki, hələ ki, ABŞ prezidentinin səfər proqramı ilə bağlı dəyişiklik yoxdur. Barak Obama sabah Polşada təyyarə qəzasında həlak olan prezident Lex Kaçinksinin dəfnində iştirak etməlidir.

Ağ Ev Avropanın hava məkanındakı vəziyyəti izlədiklərini bildirib.

11 sentyabr terrorundan bəri ilk dəfədir ki, qlobal hava məkanları bağlanıb.

Bu arada «AZAL»ın xidmət rəisi Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, London aeroportunu duman bürüdüyündən Bakı-Londona aviareysi təxirə salınıb, uçuş aprelin 17-dən bərpa olunacaq. Digər Avropa aeroportlarına isə Azərbaycandan uçuşlar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG