Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:19

«Parlament-2010: daha demokratik, daha şəffaf»


Aprelin 16-da Bakıda «Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf» mövzusunda beynəlxalq konfrans başlayıb.

Tədbirdə «Avrasiya Yeni Üfüqlər» təşkilatının sədri Tyeri Mariani çıxış edərək son illər Azərbaycanın bir sıra sahələrdə, o cümlədən siyasi baxımdan bir sıra müvəffəqiyyətlər əldə etdiyini bildirib. O, payızda keçiriləcək parlament seçkilərinin də demokratik keçiriləcəyinə inandığını qeyd edib.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öz çıxışında Azərbaycanın ictimai-siyasi həyatı, siyasi sistem, idarəetmə, Azərbaycanın regiondakı geosiyasi mövqeyi ilə bağlı iştirakçılara məlumat verib. O, Azərbaycanın demokratik prinsipləri əsas tutduğunu, parlamentdə onlarla partiyanın təmsil olunduğunu, prezidentin xalq səsverməsi ilə seçildiyini, Avropa standartlarına uyğun məhkəmələrin formalaşdırıldığını bildirib:

«Azərbaycanda siyasi partiyalar, QHT-lər, mətbuat orqanları fəaliyyət göstərir, bələdiyyələr formalaşıb. Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla Seçki Məcəlləsi qəbul edilib. Azərbaycan demokratik səviyyədə seçki keçirməyə qadirdir. Bununla bağlı daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verə bilər. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir».

«Azərbaycanda seçki praktikası» mövzusunda keçirilən konfransın birinci sessiyasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edib. M. Zülfüqarlı Azərbaycanda parlament seçkilərinin majoritar seçki sistemi ilə keçirilməsinin demokratik prinsiplərə uyğun olduğunu qeyd edib. O, misal olaraq ABŞ və dünyanın digər demokratik ölkələrində majoritar sistemdən istifadə olunmasını göstərib. M. Zülfüqarlı Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı AVCİYA-nın təkliflərini də iştirakçıların diqqətinə çatdırıb. Konfrans işini davam etdirir.

Konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın «Avrasiya - Yeni Üfüqlər» təşkilatı tərəfindən təşkil edilib. /APA/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG