Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:31

Qırğızıstan prezidenti Bakiyev istefa verib


Qırğızıstandakı müvəqqəti hökumət prezident Bakiyevin istefa verdiyini bəyan edib.

Ötəri hökumətin qərargah rəisi Edil Baysalov AzadlıqRadiosuna müsahibəsində bu məlumatı təsdiqləyib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Roman Vasilenko Bakiyevin Qazaxıstanın Taraz şəhərinə gəldiyini bildirib.

Hazırda ATƏTƏ sədrlik edən Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin yaydığı bəyanatda bildirilir ki, Bakiyev ölkəni müvəqqəti hökumətin razılığı ilə tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG